Aksiya çərçivəsində 117 nəfər pasiyent müayinə olunub. Müayinələr zamanı refraksiya patologiyaları, katarakta, quru göz sindromu və digər göz xəstəlikləri aşkar edilib.
Aksiyanın əsas məqsədi əhaliyə yerində keyfiyyətli tibbi xidmət göstərmək, görmə sağlamlığı ilə bağlı maarifləndirmə aparmaq və göz xəstəliklərinin erkən aşkarlanmasına şərait yaratmaqdır.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Leyla Əliyeva, dr. Emin Ərəbov və dr. Əliyeva tərəfindən aparılıb.
Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov və təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova iştirak ediblər.