12–16 sentyabr 2025-ci il tarixlərində Avropa Katarakta və Refraktiv Cərrahlar Cəmiyyətinin (ESCRS) 43-cü illik toplantısı Danimarkanın Kopenhagen şəhərində keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tədbirdə müxtəlif təqdimatlarla iştirak ediblər. T.ü.f.d. Aygün Səfərova “Correction Methods in Patients With Keratoconus” mövzusunda, Dr. Sidiqə Əliyeva və Dr. Ləman Əsqərova isə “Regression of Keratoconus Without Treatment” adlı e-posterləri ilə çıxış edərək mərkəzi uğurla təmsil ediblər.
Eyni zamanda, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri də toplantıda fəal iştirak ediblər. Dr. Ayan Qəlbinur “Risk Factors For Rhegmatogenous Retinal Detachment Following Cataract Surgery: A 5-Year Retrospective Analysis” mövzusunda e-poster təqdim edib.
Bununla yanaşı, Dr. Roza İsmayılova, Dr. Nahid Məmmədov və Dr. Pərvanə Rəsulova da tədbirdə iştirak ediblər.