16 aprel 2026-cı il tarixində Gəncə şəhərində 27 nömrəli məktəbdə tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində 221 nəfər şagird və müəllim müayinə olunub. Müayinələr zamanı onların görmə vəziyyəti yoxlanılıb, göz xəstəliklərinin erkən əlamətlərinin aşkarlanması istiqamətində müvafiq tibbi baxışlar aparılıb.
Aksiyanın əsas məqsədi şagirdlərə və müəllimlərə yerində keyfiyyətli tibbi xidmət göstərmək, görmə sağlamlığı ilə bağlı maarifləndirmə işlərini gücləndirmək və göz xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına şərait yaratmaq olub.
Tibbi aksiya akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialın həkim-oftalmoloqu Əsgərov Elçin tərəfindən həyata keçirilib. Aksiyada həmçinin tibb bacıları Məmmədova Tünzalə və Abdıyeva Səbinə iştirak ediblər.