Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialında 16.06.2026-cı il tarixində yerli dar ixtisaslı mütəxəssislərin iştirakı ilə seminar keçirildi. Seminarda filialın şöbə müdiri Həmidov Elsəvər şəkərli diabet, hipertoniya, beyin qan dövranının pozulması və digər somatik xəstəliklərin gözdə yaratdığı fəsadlardan, onların filialda aparılan müayinə və müalicə üsullarından bəhs etdi. Endokrinoloqları, nevropatoloqları və kardioloqları bir araya gətirən seminarda bir çox göz xəstəliklərinin müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti vurğulandı.