17.06.2020

17 iyun Tibb işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Oftalmoloqlar Cəmiyyəti adından bütün oftalmoloqlarımızı təbrik edirik!

17 iyun Tibb işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Oftalmoloqlar Cəmiyyəti adından bütün oftalmoloqlarımızı təbrik edirik!

Ölkəmizdə səhiyyənin bir çox sahələri ilə yanaşı oftalmologiya sahəsi də inkişaf etmişdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi səhiyyəmizdə mühüm irəliləyişlərin yaranmasında rol oynamışdır. Bakıda fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əhaliyə göstərilən tibbi xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə Masallıda, Gəncədə, Şəkidə filialları öz fəaliyyətlərini uğurla davam etdirir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları və Səyyar Klinikası ən son texnoloji avadanlıqlarla təchiz olunub. Səyyar Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Səyyar oftalmoloji klinikanın təklif edilən iş modeli görmə orqanının xəstəliklərinin profilaktikasını təmin edir, respublikanın ucqar rayonlarında göstərilən oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi, yerli kadrların peşə təkmilləşdirilməsi işində mühüm rol oynayır. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb. Ümumilikdə Səyyar klinika 174 dəfə aksiya keçirmişdir. 35382 nəfər müayinə, 2602 nəfər isə əməliyyat edilmişdir. Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər, beynəlxalq konfranslar həyata keçirilir.
Bir sözlə oftalmolgiya sahəsində çalışan peşəkar həkimlərimizə, xalqımıza göstərdiyi xidmətlərə görə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərilir.
Biz birlikdə güclüyük!