Aksiya çərçivəsində ümumilikdə 276 nəfər əməkdaş oftalmoloji müayinədən keçib. Müayinələr zamanı miopik astiqmatizm, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb və müvafiq tövsiyələr verilib.
Tibbi aksiyanın əsas məqsədi – SOCAR əməkdaşlarının görmə sağlamlığının qorunması, mövcud tibbi problemlərin erkən mərhələdə aşkar edilməsi və sağlam həyat tərzinin dəstəklənməsi olub.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları t.ü.f.d. Sona İbrahimova, dr. İnarə Hacı və dr. Emin Ərəbov tərəfindən həyata keçirilib.