22.12.2025

18–19 dekabr 2025-ci il tarixlərində Xankəndi şəhərində keçirilib.

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 18–19 dekabr 2025-ci il tarixlərində Xankəndi şəhərində əhali üçün səyyar oftalmoloji tibbi müayinələr təşkil olunub.
İki gün davam edən aksiya zamanı ümumilikdə 91 nəfər oftalmoloji müayinədən keçirilib. Aparılan müayinələr nəticəsində refraksiya pozuntuları, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və digər göz xəstəlikləri aşkarlanıb.
Aksiyanın əsas məqsədi əhalinin göz sağlamlığının qorunması, oftalmoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında profilaktik tədbirlərin həyata keçirilməsidir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri — t.ü.f.d. Mariyat Sultanova, dr. Nərgiz Əhmədova və həkim-rezident Dinarə Makinskaya tərəfindən həyata keçirilib.
Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, eləcə də sürücülər Vasif Nəsirov və Vüsal Məmmədov iştirak ediblər.