22 dekabr 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti həftəlik iclas keçirilib.
İclas zamanı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov kollektiv adından elmi fəaliyyətlərində əldə etdikləri nailiyyətlər münasibətilə bir qrup əməkdaşı təbrik edib. Belə ki, Polad Məhərrəmov “Elmlər doktoru”, Nuranə Nuriyeva, Ülkər İsmayılova və Fərhan Haqverdiyev isə “Fəlsəfə doktoru” elmi dərəcələrilə təltif olunublar.
Professor Elmar Qasımov çıxışı zamanı elmi dərəcə alan əməkdaşların oftalmologiya sahəsində aparılan elmi-tədqiqat işlərinə verdikləri töhfələri xüsusi vurğulayaraq, onların gələcək elmi fəaliyyətlərində daha böyük uğurlar qazanacaqlarına inandığını bildirib.