22.06.2026

22 iyun 2026-cı il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti həftəlik iclas keçirilib.

22 iyun 2026-cı il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti həftəlik iclas keçirilib.
İclas zamanı Akademik Zərifə Əliyeva adına Mərkəzin direktoru, professor Elmar Qasımov kollektiv adından əməkdaşları elmi fəaliyyətlərində əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Mərkəzin Masallı filialının baş həkimi Samir İbadov “Tərəqqi” medalı ilə təltif olunub.
Bununla yanaşı, Mərkəzin yaradılmasının 80 illik yubileyi münasibətilə bir qrup əməkdaş müxtəlif təltiflərə layiq görülüb.
Belə ki, direktor müavini Ceyhun Nəzərli və t.ü.f.d. Cəmil Həsənov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunublar.
T.e.d. Polad Məhərrəmov, t.ü.f.d. Fərəh Abduləliyeva və Dr. Elçin Həsənov “Fəxri Fərman”la təltif ediliblər.
Dr. Humay Bayramova, Dr. Rəvanə Həsənova və Dr. Xuraman Ramazanova isə təşəkkürnamə ilə təltif olunublar.
İclasın sonunda təltif olunan əməkdaşlar göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək, gələcək fəaliyyətlərində səhiyyənin inkişafına töhfə verməyə davam edəcəklərini vurğulayıblar.