31.05.2020

TCOD və AOC-un birgə təşəbbüsü ilə vebinar toplantı keçirildi

22 may 2020-ci il tarixində TCOD və AOC-un birgə təşəbbüsü ilə vebinar toplantı keçirildi. Azərbaycanda keçiriləcəyi nəzərdə tutulan 15-16 oktyabr 2020-ci il TCOD-un yaranmasının 20-ci ilinə həsr olunmuş Beynəlxalq Oftalmologiya Simpoziumu və 17 oktyabr Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq Konfranslarının gələcək proqramları ilə bağlı müzakirələr keçirildi. Toplantıda AOC-un sədri, professor Elmar Qasımov, t.e.d. Namazova Hicran, AOC-un sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva, prof. Paşa Qəlbinur, dr. Ceyhun Nəzərli, dr. Emin Əlihüseynli, TCOD-un sədri Sunay Duman, prof. Süleyman Kaynak, prof. Öner Gelişken və digər həmkarlar iştirak etdi.
Toplantı zamanı COVİD-19 virusu ilə bağlı konfransların təxirə salınması qərara alındı. Buna baxmayaraq TCOD-AOC görüşmələri online şəkildə davam edəcək.