Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tibbi aksiya Balakən rayonunda keçirilib
Aksiya zamanı 196 nəfər müayinə olunub. Müayinələr nəticəsində refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və digər göz xəstəlikləri aşkar edilib.
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerində tibbi xidmət göstərmək, görmə patologiyalarının erkən diaqnostikasını aparmaq, profilaktik tədbirlər və müalicə yönümlü məsləhətlər verməkdir. Müayinələrin nəticələrinə əsasən göz xəstəlikləri ilə bağlı ümumi monitorinq aparılıb və əldə olunan nəticələr təhlil edilib.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının həkimləri – Dr. Quliyev Faiq və Dr. Həmidov Elsəvər tərəfindən həyata keçirilib.
Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi Dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, tibb bacıları Əzizova Günəş və Şərifova Günay da iştirak ediblər.