30.04.2026

27–28 aprel 2026-cı il tarixlərində Astara rayonunda tibbi aksiya keçirilmişdir.


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə və Mərkəzin 80 illik yubileyinə həsr olunmuş tibbi aksiya 27–28 aprel 2026-cı il tarixlərində Astara rayonunda keçirilmişdir.
Aksiyanın əsas məqsədi əhali arasında göz sağlamlığı ilə bağlı problemlərin vaxtında aşkarlanması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinə dəstək göstərmək olmuşdur.
İki gün davam edən aksiya çərçivəsində ümumilikdə 250 nəfər müayinədən keçirilmişdir. Pasiyentlərə ilkin diaqnozlar qoyulmuş, zəruri hallarda əlavə müalicə və müayinələr tövsiyə edilmişdir. Bununla yanaşı, aparılan müayinələr əsasında göz xəstəlikləri üzrə monitorinqlər həyata keçirilmiş, əldə olunan nəticələr peşəkar tibbi heyət tərəfindən təhlil olunmuşdur.
Müayinələrə Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri – dr. Samir İbadov, dr. Hikmət Əzizi və dr. Möhsün Əliəkbərov cəlb olunmuşdur.
Tibbi aksiyanın təşkilində Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov və digər texniki heyət üzvləri fəal iştirak etmişlər.