15.09.2025

29 aprel 2025-ci il tarixində Xocasən qəsəbəsində tibbi aksiya həyata keçirildi.

29 aprel 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində tibbi aksiya həyata keçirildi.
Aksiya çərçivəsində 167 nəfər müayinədən keçib. Tibbi aksiyanın əsas məqsədi şəhid ailələrinin üzvləri, qazilər və aztəminatlı ailələr üçün yerində və operativ tibbi xidmətlərin göstərilməsi olub. Səyyar oftalmoloji müayinələrin təşkili vətəndaşların vaxt itirmədən göz sağlamlıqlarının yoxlanılması, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyalarının erkən diaqnostikası və uyğun müalicənin təyin olunması məqsədi daşıyırdı.
Aksiya çərçivəsində müayinələri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Dr. Lamiyə Həsənzadə və Dr. Gülmin Əhmədova həyata keçirdilər.
Tədbirdə həmçinin Səyyar Klinikanın baş həkimi Dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova və Səyyar Klinikanın sürücüsü Vasif Nəsirov da iştirak ediblər.