07.05.2026

29 aprel 2026-cı il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirib.

29 aprel 2026-cı il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirib.
Aksiya çərçivəsində 108 nəfər tələbə və müəllim heyəti müayinə olunub. Müayinələr nəticəsində refraksiya patologiyaları, miopiya, quru göz sindromu və digər oftalmoloji xəstəliklər aşkar edilib.
Aksiyanın əsas məqsədi tələbə və müəllim heyəti arasında göz sağlamlığına diqqəti artırmaq, göz xəstəliklərin erkən aşkarlanmasını təmin etmək, profilaktik müayinələri təşviq etmək və ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməkdir. Eyni zamanda, mümkün ağırlaşmaların qarşısının alınması və vaxtında müalicənin təmin edilməsi də aksiyanın əsas istiqamətlərindəndir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Nərgiz Əhmədova, dr. Fidan Nağızadə və həkim-rezident dr. Tamella Pənaliyeva tərəfindən həyata keçirilib.
Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri, t.e.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın mühəndisi Tural Hüseynov və təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova iştirak ediblər.