17.03.2026

5–8 fevral tarixlərində Honq Konq şəhərində Asiya-Sakit Okean Oftalmologiya Akademiyasının (APAO) 41-ci Konqresi, eyni zamanda Honq Konq Oftalmoloji Simpoziumunun 37-ci İllik Elmi Toplantısı təşkil olunmuşdur.

5–8 fevral tarixlərində Honq Konq şəhərində Asiya-Sakit Okean Oftalmologiya Akademiyasının (APAO) 41-ci Konqresi, eyni zamanda Honq Konq Oftalmoloji Simpoziumunun 37-ci İllik Elmi Toplantısı təşkil olunmuşdur. Tədbir çərçivəsində müxtəlif ölkələrdən aparıcı oftalmoloqlar bir araya gələrək sahədə son elmi yenilikləri, innovativ diaqnostika və müalicə üsullarını, eləcə də aktual klinik təcrübələri müzakirə etmişlər.
Konfransda Azərbaycandan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri iştirak etmişdir: t.e.d. Yazgül Abdıyeva, t.e.d. Tural Qəlbinur, Dr. Xəlil Hüseynov, Dr. Aygün Nəbiyeva, Dr. Lalə Saidova, Dr. İnarə Hacı, Dr. Gülmin Əhmədova, Dr. Sevinc Quliyeva, Dr. Aygün Rəhimzadə, Dr. Lalə Məmmədova, Dr. Günay Əliyeva və digər həkim heyəti konfransın elmi sessiyalarında fəal iştirak etmişdir.
Həmçinin Dr. Lalə Məmmədova 3 paneldə iştirak edərək məruzə ilə çıxış etmişdir. Eyni zamanda APAO YO təşkilat komitəsinin üzvü kimi AOC və TCOD GO-nı təmsil etmişdir.