HAQQIMIZDA

     Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin ilk rəhbərləri O. Orlov, A. Trubin, S. Vəlixan, A. Abbasov seçilmişdir.   1937-ci ildə Bakı şəhərində Azərbyacan göz həkimlərinin ilk konfransı keçirilmişdir. Təşkilat komitəsində oftalmoloqlardan professor A. Trubin, professor Sona xanım Vəlixan, dosent Ü. Musabəyli, M. Abbasov fəaliyyət  göstərmişdir.                                                                      1946-ci ildə elmi-tədqiqat işləri məqsədyönlü yaradılan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aparılmağa başlamışdı və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinə təkan vermişdi.                                                                                                    Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin ilk sədri – Milli  oftalmologiyanın başlanğıcında dayanan qocaman oftalmoloqlardan professor A.Q. Trubin olmuşdur.   İlk azərbaycanlı oftalmoloq qadın, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor  Sona xanım Vəlixan 1945-1950-ci illərdə  Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.                         Uzun illər Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri - Azərbaycanın görkəmli elm və dövlət xadimi, Tibb İnstitutunun rektoru, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, tibb elmləri doktoru, professor Zəhra Quliyeva olmuşdur.   Professor N.M. Əfəndiyev uzun müddət ərzində Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyətinin idarə heyətinin üzvü, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi Şurasının üzvü olmuşdur. 1957-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.  1977-ci ildə əməkdar elm xadimi, tibb elmləri doktoru,  AMEA-nın akademiki Zərifə Əliyevanın təklifi və rəhbərliyi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti (SSRİ)     İdarə Heyətinin plenumu keçirilmişdir.   Akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna  xidmətləri vardır. Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.      Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981).                                                                      

       Azərbaycan Oftalmoloqlar Cəmiyyəti 10 dekabr 1920-ci ildə yaranmışdır. 1977-ci ildə əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın akademiki Zərifə Əliyevanın təklifi və rəhbərliyi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti (SSRİ) İdarə Heyətinin plenumu keçirilmişdir.

Müstəqil Azərbaycan Respublikasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təkrari qeydiyyatı 22 iyun 2017-ci ildə olunmuşdur. Hal-hazırda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinə - Akademik Zərifə Əliyeva adına MOM-un direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov sədrlik edir.

      Hal-hazırda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinə - Akademik Zərifə Əliyeva adına MOM-un direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov sədrlik edir.