26–29 mart 2026-cı il tarixlərində Türk Respublikaları Oftalmologiya Cəmiyyəti və Kipr Türk Oftalmologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Oftalmologiya Konqresi keçirilmişdir.
Konqresdə 350 nəfər iştirak etmişdir. Dünyanın bir çox ölkələrindən tanınmış alimlər, həkim-oftalmoloqlar və mütəxəssislər iştirak edərək oftalmologiya sahəsində son elmi yeniliklər, müasir diaqnostika və müalicə üsulları ətrafında geniş müzakirələr aparmışlar.
Tədbirdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri də fəal iştirak edərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmişlər.
Konqres çərçivəsində moderator qismində t.e.d. Yazgül Abdıyeva, prof. Paşa Musayev, t.e.d. Tural Qəlbinur, dr. Anar Abdullayev, dr. Hafiz Qəhramanov, dr. Emin Əlihüseynli və dr. Aybəniz Abdullayeva iştirak etmişlər.
Eyni zamanda, elmi məruzələrlə dr. Emin Əlihüseynli, dr. Pakizə Bayramova, t.e.d. Tural Qəlbinur, dr. Anar Abdullayev, dr. Rəvanə Həsənova və dr. Hafiz Qəhramanov çıxış edərək öz bilik və təcrübələrini beynəlxalq auditoriya ilə bölüşmüşlər