24.12.2024

6-7 dekabr 2024-cü il tarixlərində Moskva şəhərində, Rusiya Qlaukoma Cəmiyyətinin XXII Konqressi keçirildi.

6-7 dekabr 2024-cü il tarixlərində Moskva şəhərində, Rusiya Qlaukoma Cəmiyyətinin XXII Konqressi keçirildi.
Belə bir konqress, oftalmologiya sahəsindəki ən son yenilikləri, tədqiqatları, texnoloji inkişafları və müalicə metodlarını müzakirə etmək üçün əvəzsiz bir platforma təqdim edir.
Belə bir mötəbər konqres, həm yerli, həm də beynəlxalq oftalmologiya mütəxəssisləri arasında təcrübə mübadiləsi, şəbəkələşmə və yenilikləri tətbiq etmə imkanlarını da təmin edir.
Konqressdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarından- Direktor müavini, AOC-un elmi katibi Ceyhun Nəzərli, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Mətanət Əfəndiyeva və t.ü.f.d. Sona İbrahimova iştirak ediblər.
Eyni zamanda dr. Mətanət Əfəndiyeva “Oftalmohipertenziya baxışında bəzi aspektlər” və dr. Sona İbrahimova “Buynuz qişanın refraktiv cərrahiyyəsindən sonra ikincili steroid səbəb olduğu göz hipertenziyası” adlı məruzələri ilə Azərbaycanı təmsil ediblər.