01.07.2020

“Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransı” və “Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı keçirildi - Şəki

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının açılması münasibətilə 25 oktyabr 2019-cu il “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransı” və 26 oktyabr 2019-cu il “Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı keçirildi. Oktyabrın 25-də Şəki şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialının rəsmi açılışı oldu. Açılış zamanı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov, tibb müəssisələrinin əməkdaşları, Türkiyə və Rusiyadan xarici qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin «Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri» mövzusunda VII regional konfransı keçirildi. Konfransı giriş nitqi ilə professor Elmar Qasımov və Elxan Usubov açdı. Daha sonra Elmar Qasımov tərəfindən qonaqlara mükafat və hədiyyələr təqdim olundu. Mühazirələr dinlənildi.
26 oktyabr 2019-cu il tarixində isə Şəkidə “Müasir Oftalmologiyanin Son Nailiyyətləri” mövzusunda Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı” keçirildi. Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Türkiyənin Ankara şəhərindən gəlmiş doktor Sunay Duman çıxış edərək, belə tədbirlərin gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalı olduğunu bildirib, konfransın işinə uğurlar arzuladı. Hər iki konfransda 200-ə qədər həkim heyəti iştirak etdi. Mühazirələr dinlənildi.