28.11.2019

Şəki şəhərində açılış

Oktyabrın 25-də Şəki şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialının rəsmi açılışı oldu. Açılış zamanı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov, tibb müəssisələrinin əməkdaşları, Türkiyə və Rusiyadan xarici qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.