19.03.2021

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi

18 mart 2021-ci il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi. Toplantı “Qlaukoma həftəsi” çərçivəsində “Qlaukomanın diaqnostikasının və müalicəsinin yeni aspektləri” mövzusunda keçirildi.  Vebinar Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislərlə, alimlərlə birgə keçirildi.   

Vebinarda Azərbaycandan tanınmış alimlər, o cümlədən Türkiyədən  Glokom, Katarakt, Göz Hastalıkları Uzmanı, Prof. Dr. Atilla Bayer, Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı, Dr. Sunay Duman, Prof. Öner Gelişkən? Prof. Suleyman Kaynak və digər mütəxəssislər iştirak etdi. 

T.ü.f.d Ağayeva Fidan moderatorluğu ilə keçirilən vebinarda 3 məruzə dinlənildi. Toplantıda mütəxəssislər tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. 

Çıxışlar Akad. Zərifə Əliyeva adına MOM-un oftalmoloq-cərrahları, t.ü.f.d Ağayeva Fidan tərəfindən  “Qapalı bucaqlı qlaukoma: əsas məqamlar və taktika”,  həkim-oftalmoloq Feyziyeva Könül tərəfindən “Axenfeld-Rieger sindromu ilə assosiasiya olunmuş qlaukoma”, Türkiyədən toplantıya qoşulan Prof. Dr.  Atilla Bayer tərəfindən ““Glokomda OCT: nelere bakıyorum, hata kaynakları neler?” məruzə edildi. Suallar və təkliflər səsləndirildi.