24.01.2021

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi

22 yanvar 2021-ci il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi. Toplantının mövzusu “Covid-lə mübarizə”yə həsr olunmuşdur.

Vebinar Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislərlə, alimlərlə birgə keçirildi.

Vebinarda Prof. Paşa Qəlbinur, Dr. Emin Əlihüseynli, Akad. Zərifə Əliyeva adına MOM-dan t.e.d. Namazova Hicran, MOM-un direktor müavini Ceyhun Nəzərli, digər təşkilatlardan, respublikamızın müxtəlif regionlardan, Türkiyədən Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı, Dr. Sunay Duman, Prof. Süleyman Kaynak və digər mütəxəssislər iştirak etdi.

AOC-un sədr müavini, t.ü.f.d Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən vebinarda 4 məruzə dinlənildi.

Çıxışlar Akad. Zərifə Əliyeva adına MOM-dan AOC-un sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2021-ci il üzrə Vebinar planı”, və “Pandemiyanın dünya üzrə yayılması və profilaktik tədbirlər”, anestezioloq-reanimatoloq, Dr. Şahin Məmmdəov tərəfindən “Covid xəstələrinin ağırlığının ilkin dəyərləndirilməsi, müayinə və müalicələrdə tez tez rast gəlinən səhvlər, ağır xəstələrin müalicəsinin uğurlu sonluğu üçün taktiki təkliflər”, Türkiyənin Ankara şəhərindən toplantıya qoşulan Prof. Dr. Yonca Aydın Akova tərəfindən “Covid-19 da göz bulguları” və İzmir şəhərindən Uzm. Dr. Mədinə Abdullayeva tərəfindən “PostCOVID sindromu ve xəstəlik sonrası qalıq” mövzuları məruzə edildi. Suallar və təkliflər səsləndirildi.