20.02.2021

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi

19 fevral 2021-ci il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi. Toplantı “Uşaqlarda refraksiya patologiyası” mövzusunda keçirildi. Vebinar Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislərlə, alimlərlə birgə keçirildi. Vebinarda Azərbaycandan tanınmış alimlər, o cümlədən Türkiyədən Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı, Dr. Sunay Duman və digər mütəxəssislər iştirak etdi. Akad. Zərifə Əliyeva adına MOM-un cərrah oftalmoloqu, t.ü.f.d Nigar Həsənovanın moderatorluğu ilə keçirilən vebinarda 3 məruzə dinlənildi. Çıxışlar Akad. Zərifə Əliyeva adına MOM-dan t.ü.f.d. Həsənova Nigar, dr. Xuraman Ramazanova və Müasir Oftalmologiyanın İnkişafına Yardım İctimai Birliyinin sədri, oftalmoloq-cərrah Emin Əlihüseynli tərəfindən məruzə edildi. Suallar və təkliflər səsləndirildi.