19.01.2021

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına vaksinlər vuruldu

Azərbaycanda COVİD-19 virusuna qarşı vaksinasiya prosesinə başlanılıb. Artıq bəzi müəssisə və təşkilatların nümayəndələri vaksin vurdurub. 19 yanvar tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına da vaksinlər vuruldu. Könüllü iştirak etdiyimiz bu aksiya həm özümüzün həm də ətrafımızdakıların sağlamlığını qorumaq üçündür.  Bu insanlara gözəl nümunə və çağırışdır. Bu prosesə qoşulmaq pandemiya ilə mübarizədə əsas prioritetlərindən biridir. Hər kəsi sağlamlıqları üçün vaksinasiyaya qoşulmağa dəvət edirik.