06.04.2024

3 aprel 2024-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) və Türk Cumhuriyyetleri Oftalmoloji Dərnəyi ilə (TCOD) birgə ZOOM toplantısı keçirildi.

3 aprel 2024-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) və Türk Cumhuriyyetleri Oftalmoloji Dərnəyi ilə (TCOD) birgə ZOOM toplantısı keçirildi.

Toplantıda 25-26 oktyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuş TCOD və AOC-un işbirliyi əsasında konfransın mövzuları və təşkilatı müzakirə olundu.

İclasda Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı Sunay Duman, TCOD Genel Başkanı Prof. Öner Gelişken, Prof. Züleyxa Yalnız Akkaya, Prof. Gürsel Yılmaz, dr. Umay Güvenç, eyni zamanda Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini t.e.d. Hicran Namazova, Ümumi işlər üzrə direktor müavini və AOC-un elmi katibi Ceyhun Nəzərli, AOC-un sədr müavini Yazgül Abdıyeva və AOC GO Komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli iştirak etdi